logo HARUN YƏHYA

Əbəsə - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. O qaşqabağını sallayıb üzünü yana çevirdi –
  • 2. yanına bir korun gəlməsinə görə.
  • 3. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi
  • 4. və yaxud nəsihət dinləyib faydalanacaqdı.
  • 5. Nəsihətə ehtiyacı olmayana gəlincə isə –
  • 6. sən ona diqqət yetirirsən.
  • 7. Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.
  • 8. Səy göstərib sənin yanına gələn,
  • 9. Allahdan qorxan kimsəyə gəlincə,
  • 10. ona məhəl qoymursan!
  • 11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
  • 12. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
  • 13. Bu Quran kəramətli səhifələrdədir,
  • 14. yüksək və pak səhifələrdədir.
  • 15. Bu səhifələr elçilərin əllərində –
  • 16. möhtərəm və müti olanların əllərindədir.
  • 17. Qoy ölsün kafir insan! O necə də nankordur!
  • 18. Qoy baxıb görsün Allah onu nədən yaradıb?
  • 19. Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
  • 20. Sonra da onun yolunu asanlaşdırdı.
  • 21. Sonra onu öldürüb qəbirə yerləşdirdi.
  • 22. İstədiyi bir zaman onu dirildəcəkdir.
  • 23. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.
  • 24. Qoy insan yediyinə diqqət yetirsin bir az!
  • 25. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
  • 26. Sonra da yeri çat-çat yarıb
  • 27. orada taxıl yetişdiririk.
  • 28. Habelə üzüm və yonca,
  • 29. zeytun və xurma ağacları,
  • 30. sıx-sıx bağlar,
  • 31. meyvələr və otlar da bitiririk.
  • 32. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.
  • 33. Qulaqbatırıcı bir səs gələndə –
  • 34. o gün insan qaçacaq öz qardaşından,
  • 35. anasından, atasından,
  • 36. arvadından və övladlarından!
  • 37. O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
  • 38. O gün neçə-neçə üzlər parlayacaq,
  • 39. güləcək və fərəhlənəcəkdir.
  • 40. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,
  • 41. onları zülmət bürüyəcəkdir.
  • 42. Məhz onlar kafirlər, günahkarlardır!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code