logo HARUN YƏHYA

Ğaşiyə - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?
  • 2. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,
  • 3. üzülüb əldən düşəcək,
  • 4. çox qızmar oda girəcək,
  • 5. qaynar çeşmədən içirdiləcəkdir.
  • 6. Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
  • 7. O onları nə doydurar, nə də aclıqdan xilas edər.
  • 8. O gün neçəsinin üzündə fərəh görünəcək,
  • 9. dünyadakı səylərindən məmnun qalacaq,
  • 10. uca Cənnətdə olacaq,
  • 11. orada faydasız söz eşitməyəcəkdir.
  • 12. Orada axar çeşmələr vardır;
  • 13. Orada hündür taxtlar,
  • 14. düzülmüş piyalələr,
  • 15. yan-yana qoyulmuş yastıqlar,
  • 16. və döşəmələrə sərilmiş xalçalar vardır.
  • 17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
  • 18. Göyün necə yüksəldiyini görmürlər?
  • 19. Dağların necə sancıldığını görmürlər?
  • 20. Yerin necə döşədildiyini görmürlər?
  • 21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
  • 22. Sən onların üstündə hökmdar deyilsən.
  • 23. Lakin üz döndərib küfr edəni,
  • 24. Allah ən şiddətli əzabla cəzalandırar.
  • 25. Şübhəsiz ki, onların dönüşü Bizədir.
  • 26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code