18. Kəhf - Quran
- 1. Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!
- 2. Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi.
- 3. Möminlər orada əbədi qalacaqlar.
- 4. Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi.
- 5. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.
- 6. Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?
- 7. Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.
- 8. Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik.
