43. Zuxruf - Quran
- 1. Ha. Mim.
- 2. Bu aydın Kitaba and olsun!
- 3. Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.
- 4. Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.
- 5. Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?
- 6. Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik.
- 7. Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
- 8. Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.
- 9. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!” – deyəcəklər.
