53. Nəcm - Quran
- 1. And olsun batmaqda olan ulduza!
- 2. Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.
- 3. O, öz istəyi ilə danışmır.
- 4. Bu, ona təlqin edilən bir vəhydir.
- 5. Bunu ona çox qüvvətli olan öyrətdi –
- 6. gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.
- 7. O, ən uca üfüqdə idi.
- 8. Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.
- 9. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
