logo HARUN YƏHYA

Buruc - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun bürclü göyə!
  • 2. And olsun vədə verilmiş günə!
  • 3. And olsun şahidlik edənə və edilənə!
  • 4. Məhv olsun xəndək kənarında yığışanlar!
  • 5. Odunla alışdırılmış xəndək.
  • 6. Onlar o xəndəyin qırağında oturub,
  • 7. möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.
  • 8. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
  • 9. Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
  • 10. O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
  • 11. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
  • 12. Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!
  • 13. Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!
  • 14. Bağışlayan da, Sevən də Odur!
  • 15. Ərşin sahibidir, Şan-şöhrətlidir!
  • 16. İstədiyini edəndir.
  • 17. Qoşunlar haqqında əhvalat sənə çatıbmı?
  • 18. Firon və Səmud qoşunlarının.
  • 19. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.
  • 20. Allah onları arxadan əhatə etmişdir.
  • 21. Bəli, bu şanlı Qurandır.
  • 22. O, mühafizə edilən lövhədədir.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code