Həşr - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
-
2. Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
-
3. Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır.
-
4. Bu onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir.
-
5. Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür.
-
6. Allahın Öz Elçisinə onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz elçilərini istədiyi kəslər üzərində hakim edir. Allah hər şeyə qadirdir.
-
7. Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
-
8. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.
-
9. Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
-
10. Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”
-
11. Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
-
12. Əgər onlar yurdlarından qovulsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.
-
13. Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır.
-
14. Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.
-
15. Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış, özləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kimsələrə bənzəyirlər.
-
16. Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!” – deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyir.
-
17. Onların hər ikisinin aqibəti atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur.
-
18. Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
-
19. Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
-
20. Cəhənnəm əhli ilə Cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.
-
21. Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.
-
22. O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.
-
23. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
-
24. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi