logo HARUN YƏHYA

Şəms - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun günəşə və onun saçdığı şəfəqə!
  • 2. And olsun ondan sonra zühur edən aya!
  • 3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
  • 4. And olsun günəşi bürüyən gecəyə!
  • 5. And olsun göyə və onu qurana!
  • 6. And olsun yerə və onu döşəyənə!
  • 7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
  • 8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!
  • 9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
  • 10. Onu günaha batıran isə ziyana uğramışdır.
  • 11. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.
  • 12. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
  • 13. Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
  • 14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
  • 15. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code