Qəmər - QURANİ KƏRİM - Harun Yəhya
-
1. O Saat yaxınlaşdı və ay bölündü.
-
2. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.
-
3. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
-
4. Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
-
5. Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
-
6. Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
-
7. onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
-
8. Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
-
9. Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.
-
10. O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi.
-
11. Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
-
12. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
-
13. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
-
14. İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
-
15. Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
-
16. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
-
17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
-
18. Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
-
19. Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
-
20. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
-
21. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
-
22. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
-
23. Səmud qövmü də xəbərdarlıqları yalan saydı.
-
24. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
-
25. Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
-
26. Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
-
27. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!
-
28. Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
-
29. Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
-
30. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
-
31. Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
-
32. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
-
33. Lut qövmü də xəbərdarlıqları yalan saydı.
-
34. Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
-
35. Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
-
36. Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
-
37. Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
-
38. Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
-
39. Elə isə əzabımı və təhdidlərimi dadın!
-
40. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
-
41. Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
-
42. Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
-
43. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
-
44. Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!” – deyirlər?
-
45. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
-
46. Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
-
47. Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
-
48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!” – deyiləcəkdir.
-
49. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
-
50. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
-
51. Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
-
52. Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
-
53. Hər bir kiçik və böyük əməl yazılmışdır.
-
54. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
-
55. qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi