logo HARUN YƏHYA

Naziat - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun kafirlərin canını zorla alanlara!
  • 2. And olsun möminlərin canını rahatlıqla alanlara!
  • 3. And olsun göydə üzdükcə üzənlərə!
  • 4. And olsun ötdükcə ötənlərə!
  • 5. And olsun buyruqları yerinə yetirənlərə!
  • 6. O gün lərzəyə gələn lərzələnəcək,
  • 7. onun ardınca təkrar lərzələnəcək.
  • 8. Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.
  • 9. Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.
  • 10. Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?
  • 11. Sümüklərimiz çürüdükdən sonra?”
  • 12. Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
  • 13. O surun üfürülməsi təkcə qorxunc bir səsdir.
  • 14. O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.
  • 15. Musanın hadisəsi sənə yetişdimi?
  • 16. O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
  • 17. “Fironun yanına yollan! O, həddini çox aşmışdır.
  • 18. De: “Günahlardan xilas olmaq istəyirsənmi?
  • 19. Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”
  • 20. Musa ən böyük möcüzəni Firona göstərdi.
  • 21. O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.
  • 22. Sonra da üz döndərib fəsad törətməyə girişdi.
  • 23. O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək
  • 24. dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
  • 25. Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
  • 26. Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.
  • 27. Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,
  • 28. onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
  • 29. gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.
  • 30. Sonra yeri döşəyib,
  • 31. onda su və otlaq yaratdı,
  • 32. dağları da yerə bərkitdi.
  • 33. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
  • 34. Ən böyük fəlakətin gəldiyi zaman –
  • 35. o gün insan törətdiklərini xatırlayacaqdır.
  • 36. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.
  • 37. Kim həddi aşmışsa,
  • 38. dünya həyatını axirətdən üstün bilmişsə,
  • 39. həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
  • 40. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
  • 41. həqiqətən, Cənnət onun məskəni olacaq.
  • 42. Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?” – deyə soruşurlar.
  • 43. Axı sən onu haradan biləsən?!
  • 44. Onu kamil bilmək sənin Rəbbinə aiddir.
  • 45. Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
  • 46. Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code