Haqqə - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Haqq olan Qiyamət!
-
2. Nədir haqq olan Qiyamət?
-
3. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
-
4. Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
-
5. Səmud tayfası qorxunc bir səslə məhv edildi.
-
6. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
-
7. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
-
8. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
-
9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
-
10. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
-
11. Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
-
12. Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
-
13. Sur bircə dəfə üfürüləcəyi,
-
14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
-
15. həmin gün Vaqiə qopacaq.
-
16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
-
17. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.
-
18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
-
19. Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
-
20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
-
21. O, xoşbəxt həyat sürəcəkdir –
-
22. uca bir Cənnətdə –
-
23. elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
-
24. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” – deyiləcəkdir
-
25. Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
-
26. Hesabımdan da xəbərim olmayaydı!
-
27. Kaş ilk ölümüm həmişəlik olaydı!
-
28. Var-dövlətim məni əzabdan qurtarmadı.
-
29. Hökmranlığım da məhv olub getdi”.
-
30. Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!
-
31. Sonra da Cəhənnəmə atın!
-
32. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
-
33. Çünki o, Böyük Allaha iman gətirmirdi,
-
34. və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
-
35. Bu gün burada onun üçün bir dost tapılmaz.
-
36. Qanlı irindən başqa yeməyi də yoxdur.
-
37. Onu ancaq günahkarlar yeyər”.
-
38. And içirəm həm gördüklərinizə
-
39. və həm də görmədiklərinizə!
-
40. Bu, möhtərəm bir Elçinin sözüdür.
-
41. O, şair sözü deyildir! Necə də az inanırsınız!
-
42. O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
-
43. O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
-
44. Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
-
45. Biz onu sağ əlindən yaxalayar,
-
46. sonra da şah damarını kəsərdik.
-
47. İçərinizdən heç kəs buna mane ola bilməzdi.
-
48. Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
-
49. Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
-
50. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
-
51. Sözsüz ki, bu Quran əsl həqiqətdir.
-
52. Elə isə Böyük Rəbbinin adına təriflər de!
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi