Mulk - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Mülk Əlində Olan Allah nə qədər xeyirxahdır. O hər şeyə qadirdir.
-
2. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
-
3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?
-
4. Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
-
5. Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
-
6. Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.
-
7. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.
-
8. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”
-
9. Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik.
-
10. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”
-
11. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!
-
12. Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
-
13. Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir.
-
14. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?
-
15. Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır.
-
16. Göydə Olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.
-
17. Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.
-
18. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin Mənim onları həlak etməyim necə oldu!
-
19. Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
-
20. Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar!
-
21. Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.
-
22. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
-
23. De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”
-
24. De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!”
-
25. Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”
-
26. De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”
-
27. Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz əzab bax budur!” – deyiləcəkdir.
-
28. De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
-
29. De: “O, Mərhəmətli Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz.
-
30. De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?”
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi