logo HARUN YƏHYA

Adiyat - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun tövşüyə-tövşüyə çapanlara!
  • 2. And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
  • 3. And olsun sübh çağı həmlə edənlərə ki,
  • 4. hücuma keçib tozanaq qaldıraraq
  • 5. qoşunun içərisinə soxulurlar.
  • 6. Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
  • 7. Özü də bunun şahididir.
  • 8. Həqiqətən, o, var-dövlətə çox hərisdir.
  • 9. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
  • 10. və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
  • 11. məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code