logo HARUN YƏHYA

İnşiqaq - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Göy yarılacağı
  • 2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
  • 3. Yer dümdüz ediləcəyi,
  • 4. içindəkiləri kənara atıb boşalacağı
  • 5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
  • 6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
  • 7. Kimin kitabı sağ əlinə veriləcəksə,
  • 8. o, yüngül sorğu-suala tutulacaq
  • 9. və sevincək öz ailəsinə qayıdacaqdır!
  • 10. Kimin kitabı arxa tərəfindən veriləcəksə,
  • 11. o özünə ölüm diləyəcək
  • 12. və alovlu oda atılacaqdır!
  • 13. Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
  • 14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.
  • 15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
  • 16. And içirəm şəfəqə,
  • 17. gecəyə və onun ağuşuna aldıqlarına,
  • 18. bədirlənmiş on dörd gecəlik aya!
  • 19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.
  • 20. Onlara nə olub ki, iman gətirmirlər
  • 21. və onlara Quran oxunduqda səcdə etmirlər?
  • 22. Əksinə, küfr edənlər haqqı yalan sayırlar.
  • 23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
  • 24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,
  • 25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code