logo HARUN YƏHYA

Zuha - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun səhərə!
  • 2. And olsun sakitləşən gecəyə!
  • 3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
  • 4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
  • 5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
  • 6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
  • 7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
  • 8. Kasıb olduğun zaman səni varlandırmadımı?
  • 9. Elə isə yetimə xor baxma!
  • 10. Səndən kömək diləyəni qovma!
  • 11. Və Rəbbinin nemətindən danış.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code