Duxan surəsi - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Ha. Mim.
-
2. And olsun bu aydın Kitaba!
-
3. Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
-
4. Hər bir hikmətli iş o gecədə ayırd edilir –
-
5. dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
-
6. sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
-
7. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
-
8. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
-
9. Lakin onlar şəkkə qapılıb əylənirlər.
-
10. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
-
11. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
-
12. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək” – deyəcəklər.
-
13. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
-
14. onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər.
-
15. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.
-
16. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
-
17. Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
-
18. O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
-
19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
-
20. Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
-
21. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
-
22. Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
-
23. Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
-
24. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
-
25. Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
-
26. Habelə əkinlər, möhtəşəm yerlər
-
27. və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
-
28. Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
-
29. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
-
30. Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
-
31. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
-
32. Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
-
33. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
-
34. Bunlar mütləq deyəcəklər:
-
35. “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
-
36. Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
-
37. Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
-
38. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
-
39. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.
-
40. Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
-
41. O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
-
42. Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
-
43. Həqiqətən, zəqqum ağacı
-
44. günahkar adamın yeməyidir.
-
45. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
-
46. qaynar su qaynayan kimi.
-
47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
-
48. Sonra əzab vermək üçün başına qaynar su tökün!
-
49. Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.
-
50. Sizin şübhə etdiyiniz əzab budur!
-
51. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
-
52. bağçalarda və çeşmələr başında olacaqlar!
-
53. Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
-
54. Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
-
55. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
-
56. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
-
57. sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
-
58. Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
-
59. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi