Nun - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Nun. And olsun qələmə və qələmə alınanlara!
-
2. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
-
3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
-
4. Həqiqətən də, sən böyük əxlaq sahibisən!
-
5. Sən də görəcəksən, onlar da –
-
6. hansınızın dəli olduğunu.
-
7. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
-
8. Elə isə haqqı yalan sayanlara güzəştə getmə.
-
9. Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.
-
10. İtaət etmə hər tez-tez and içənə, alçağa,
-
11. qeybət edənə, dedi-qodu yayana,
-
12. xeyrə mane olana, həddi aşana, günahkara,
-
13. daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
-
14. o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
-
15. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər.
-
16. Biz onun burnuna damğa vuracağıq.
-
17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
-
18. və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).
-
19. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
-
20. Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
-
21. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
-
22. “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
-
23. Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
-
24. “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
-
25. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
-
26. Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!
-
27. Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
-
28. Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”
-
29. Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
-
30. Onlar dönüb bir-birlərini qınamağa başladılar
-
31. və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
-
32. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
-
33. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
-
34. Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
-
35. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
-
36. Sizə nə olub, necə hökm verirsiniz?
-
37. Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?
-
38. Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?
-
39. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
-
40. Onlardan soruş ki, kim buna zamin duracaqdır?
-
41. Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
-
42. Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
-
43. onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
-
44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.
-
45. Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.
-
46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
-
47. Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?
-
48. Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
-
49. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.
-
50. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
-
51. Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər.
-
52. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi