Muddəssir - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Ey libasına bürünüb örtünmüş peyğəmbər!
-
2. Qalx və insanları xəbərdar et!
-
3. Təkcə Rəbbini uca tut!
-
4. Geyimini təmiz saxla!
-
5. Pis şeyləri tərk et!
-
6. Yaxşılığı təmənna məqsədilə etmə!
-
7. Rəbbin üçün səbir et!
-
8. Sur üfürülərkən –
-
9. Çətin bir gün olacaq.
-
10. Həmin gün kafirlərə asan olmayacaqdır.
-
11. Məni yaratdığım kimsə ilə tək burax;
-
12. Mən ona bolluca var-dövlət bağışladım,
-
13. qayğısına qalan oğullar verdim
-
14. və onu hər cür imkanlarla təmin etdim.
-
15. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.
-
16. Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.
-
17. Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.
-
18. Çünki o, fikirləşərək qərara gəldi.
-
19. Ona ölüm olsun! Necə qərara gəldi?
-
20. Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?
-
21. Sonra o nəzər saldı.
-
22. Üz-gözünü turşudub qaşqabağını tökdü.
-
23. Sonra da arxasını çevirib təkəbbür göstərdi
-
24. və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
-
25. Bu, adi insan kəlamıdır!
-
26. Mən onu Səqərə salacağam.
-
27. Sən haradan biləsən ki, Səqər nədir?!
-
28. O, kimsəni sağ-salamat buraxmaz,
-
29. dərini yandırıb-yaxar.
-
30. Onun üzərində on doqquz gözətçi mələk vardır.
-
31. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.
-
32. Xeyr! And olsun aya!
-
33. And olsun dönüb uzaqlaşan gecəyə!
-
34. And olsun ağarmaqda olan sübh çağına!
-
35. Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir,
-
36. həm bəşəriyyət üçün xəbərdarlıqdır,
-
37. həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.
-
38. Hər bir kəs qazandığının girovuna çevrilir,
-
39. sağ tərəf sahiblərindən başqa.
-
40. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –
-
41. günahkarlar barəsində.
-
42. Sizi Səqərə salan nədir?
-
43. Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
-
44. Kasıbı da yedizdirməzdik.
-
45. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,
-
46. və Haqq-hesab gününü yalan hesab edərdik –
-
47. ölüm yəqinliyi bizə gələnə qədər”.
-
48. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.
-
49. Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?
-
50. Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,
-
51. ovçulardan (yaxud aslandan) qaçırlar.
-
52. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir.
-
53. Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
-
54. Xeyr! Bu Quran bir nəsihətdir.
-
55. İstəyən onu xatırlayar.
-
56. Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi