logo HARUN YƏHYA

Tariq - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun səmaya və gecə yolçusuna!
  • 2. Sən nə bilirsən ki, gecə yolçusu nədir?
  • 3. Bu, qaranlıqları dəlib keçən ulduzdur.
  • 4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
  • 5. Qoy insan nədən yaradıldığına bir baxsın!
  • 6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
  • 7. Bu maye bel və köks sümükləri arasından çıxır.
  • 8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
  • 9. Sirlərin sınaqdan keçiriləcəyi gün,
  • 10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
  • 11. And olsun yağmurla qayıdan göyə!
  • 12. And olsun növbənöv bitkilərlə yarılan yerə!
  • 13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.
  • 14. O, əyləncə də deyildir.
  • 15. Həqiqətən, kafirlər hiylə qururlar.
  • 16. Mən də hiylə qururam.
  • 17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code